ebook img

Kod adi Rey PDF

145 Pages·2017·0.57 MB·Turkish
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview Kod adi Rey

Lent.az-ın kitabxanasından Rey KƏRİMOĞLU Kod adı: “Rey” (Kəşfiyyatçının xatirələri) Redaktor: Səhər Əhməd Korrektor: Əyyar Tahirov Rəssam: Tərlan Eyvazov Əfqanıstan və Qarabağ veteranı, ehtiyatda olan kapitan. Rey Kərimoğlu. KOD ADI: “REY” (Kəşfiyyatçının xatirələri) Bakı, Qanun nəşriyyatı, 2017, 252 səhifə ISBN 978-9952-36-399-9 © Qanun nəşriyyatı, 2017 © Rey Kərimoğlu, 2017 Kitabda ikinci qrup Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun əsasən 1991-1992-ci illərdə Qarabağ müharibəsində gördükləri xatirə şəklində yer alıb. Bu, müəllifin ilk kitabıdır. Bu kitabı döyüş meydanlarında torpaqlarımız uğrunda canlarını qurban verən nakam və bakirə gənclərimizin ru​huna həsr edirəm. Sənanların, Qırımxanların, Fərman​ların, Teymurların və digərlərinin ruhuna! Mİnnətdarlıq Bu yazıların qələmə alınmasında və kitaba çev​ril​məsində xidməti olan “APA Holding”in rəhbəri Vüsalə Mahirqızına, Lent.az saytının baş redaktoru Qabil Abbasoğluna və yazılarımın ilk oxucusu şair-publisist Səhər Əhmədə xoş duyğularla. REDAKTORDAN Qaysağın altındakı yara Səhər Əhməd – Bacarmıram, o hissəni yaza bilmirəm... Qəfil zəng, girişsiz-filansız, qırıq-qırıq sözlər, üsyan dolu səs məni çaşdırır: – Nə hissəni? Hansı hissəni? Niyə yaza bilmirsən? – O gecə, Xocalıdan olan xanım-xatun qızların ratsiya ilə dediklərini... Səsi qırılır. Ya da hönkürməsin, deyə susur. Dəstəyi asıram. Bir qadın üçün hönkürtüyə bənzəyən kişi səsini dinləməkdən ağır nə ola bilər ki. Anlayıram. Ağrını sözə çevirmək çox çətindi. Ona görə də gücü çatmayan bu ağrını səsinə yükləyib Rey... İndi – bu sətirləri yazarkən mən də bacarmıram. O səsi ifadə eləyib sizə çatdıra bilmirəm. Leksiko​numuzdakı sözlər duyğularımız qədər rəngarəng deyil, təəssüf ki. Siz də məni anlayın. *** Bir il bundan öncə Rey Kərimoğlu haqqında “Keçmiş döyüşçünün zəngimcelli” adlı yazı yazmışdım: “Biz onun beynində qəlpə kimi daşıdığı xatirələrin bir ucundan tutmadıq. Halbuki bu xatirələrdən öz müharibəmizin və ədəbiyyatımızın “Əlvida, silah”ını yaratmaq olardı. Mənim bu yazım isə heç vaxt baş tutmayacaq bir cəhdin, yazılmayacaq o əsərin ifadəsidir”. Amma mənim həmin yazım başqa bir cəhdin başlanğıcı oldu. Rey özü müharibə xatirələrini yazmağa başladı. Əlbəttə, Rey yazıçı deyil. Amma onun yazıları hansısa romançının Qarabağ müharibəsi haqda nə vaxtsa uyduracağı əsərlərdən daha gərəklidi. Çünki həqiqətdi. Nə saxta pafos var orda, nə yalançı laqeydlik. Xocalı faciəsi haqda yayımlanan eyni kadrlar üzümüzü yana çevirəcək qədər yorub bizi. Ağrıdan insan daha tez yorulur. O ağrı həm də məğlubiyyət qoxuyursa, acizlik aşılayırsa adama. Amma Rey Kərimoğlunun yazılarında bu kadrların fonunda başqa hadisələr cərəyan edir. Çoxumuzun indiyə qədər bilmədiyi şeylər. Döyüş səhnələri, mindən çox azad olunmuş xocalılı girov, alınmış bir neçə erməni postu. Dinc əhalini xilas etmək üçün döyüşən, şəhid olan həmvətənlərimiz. Canpoladın – göz görə-görə özünü ölümə atan iyirmi yaşlı gəncin qəhrəmanlıq salnaməsi. Bütün bunlar da ağrıdı, amma bir az fərqlidi. Bu ağrı acizlik aşılamır, əksinə, içimizdə öldürdüyümüz döyüş ruhunu oyadır. Məğlubiyyəti unutdurur bir anlıq. *** Hərdən düşünürəm. O qədərmi zaman keçib aradan? Öz müharibəmizi unudacaq qədərmi? Yəni filmlərdə gördüyümüz, hansısa uzaq, məchul çöllərdə gedən, haqqında ata-babalarımızın danışdığı müharibəni yox, öz torpaqlarımızda gedən, gözümüz önündə olan doğma müharibəmizi. Müharibəni doğma deyə əzizləmək olmaz, bilirəm. Amma onu belə laqeydliklə bir kənara atmaq da düz deyil. Neçə illərdi yas məclislərində, dini mərasimlərdə şivən qoparan, əsrlərdi Kərbəla müsibətini nəsildən-nəslə ötürən biz Qarabağ müharibəsini inadla unutmağa çalışırıq. Özgə dərdinə ağlamaq çox asanmış. Zaman heç bir yaranı sağaltmır, sadəcə qaysaq bağlatdırır yaralara. Yaranın üstündəki qaysağı düşünməyək, qaysağın altındakı yaranı düşünək deyirəm. Məşum başlanğıc “...15 may 1992-ci il... Əynində döyüşün ağır keçdiyini nişan verən, didik-didik əsgər mundiri olan on doqquz yaşlı bir gənc. Başı döyüşçü dostunun dizləri üstünə sakitcə uzanıb. Mundirinin yaxası deşik-deşik, sinəsi aramla qalxıb-enir. Pulemyot güllələri sinə qabırğalarını qırıb dağıtdığından ürəyi, ürəyinin çırpındığı aydınca görünür. Tozla qanqarışıq “palçığa” bulaşmış ürəyi hələ də döyünür... Parçalanmış ürəyindən axan qıpqırmızı qan toza qarışıb rəngini dəyişir. Lakin Sənan nə ağlayır, nə də danışır. Eləcə baxır – düz gözlərimin içinə. Nəsə demək istəyir, amma nə? Kim bilir onun parçalanmış ürəyindən nələr keçir? Özümü elə aparıram ki, guya nə demək istədiyini anlayıram. Cəmi bir gün əvvəl – sevdiyi qızın adını mənə deyəcəyinə söz vermişdi. Bəlkə onu demək istəyir, nə bilmək olar? Gecdi, çox gec. Gərək dünən təkid edəydim. Amma artıq nə mənası var...” Sənanın ölüm səhnəsi burda yarımçıq qalır. Beynimdə başqa səhnələr bir-birini əvəz edir. Hər dəfə Qarabağ müharibəsini xatırlayanda olduğu kimi yenə də kələfin ucunu itirirəm. Ölüm səhnələri, qan, fəryad, kin, hiddət, beynimin bir küncündə bir film kimi qalmış döyüş xatirələri... Hərdən elə gəlir ki, bütün bunlar öz yaşadığım günlər deyil, izlədiyim bir qorxu filmidir. Amma bu “filmi” əvvəldən sonacan hamının izləməsini istəyirəm. Ona görə də özümü toplayıb hər şeyi ardıcıllıqla xatırlamağa çalışıram. Yaddaşımdan get-gedə uzaqlaşan xatirələri bir yerə toplamağın vaxtı çoxdan çatıb. Dost-tanış yaxşı bilir, Qarabağ savaşında döyüşçü gündəliyi yazmamışam. Yazanlara da həmişə qibtə eləmişəm. Əvvəllər belə bir fikrim olub, amma gündəliklərlə bağlı baş verən bir neçə xoşagəlməz hadisə bu işdən daşındırıb məni. Mən yazıçı deyiləm, amma o günlər elə hey beynimdə canlanıb nəsə yazmağa vadar edir, yəqin yaddaşın elə qatları var ki, orda yaşayan xatirələr mütləq yazılmalıdır. Həyat əsl gündəlikdir, nə vaxt yazılırsa, yazılsın... Elə məqamlar var ki, onlar heç vaxt unudulmur. Digər tərəfdən, düşündüm ki, bu həm də o günləri yaşamış, döyüşlərdə qəhrəmancasına şəhid olmuş, yaralanmış və ya taleyin xoş təsadüfü nəticəsində sağ qalmış insanların unudulmaması, gələcək nəslə bizim müstəqilliyimizin ilk illərində yaşadığımız keşməkeşli günləri, ələlxüsus da torpaqlarımızın erməni işğalçılarından müdafiəsi məqsədi ilə çətin şəraitdə milli ordunun yaranması prosesinin şahidi kimi hadisələri olduğu kimi çatdırım. Əlbəttə, mən əsasən 1991- 1993-cü illərdə gördüklərimi, çox nadir hallarda isə 3-4 mənbədən təsdiqini tapan eşitdiyim hadisələri qələmə alacam. Yazının lap əvvəlində verdiyim kiçik bir

Description:
Amma Rey Kərimoğlunun yazılarında bu kadrların fonunda .. üzərinə ermənicə yazılmış çoxlu boş siqaret qutuları və erməni dilində nəşr olunmuş
See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.