1 AZƏRBAYCAN RESPUBLİKASI MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİ M.F.AXUNDOV ADINA AZƏRBAYCAN MİLLİ KİTABXANASI TÜRKSOY ULUSLARARASI TÜRK KÜLTÜRÜ TEŞKILATI AMEA-nın akad. Z.M.BÜNYADOV ADINA ŞƏRQŞÜNASLIQ İNSTİTUTU ƏHMƏD ZƏKİ VALİDİ TOĞANIN ANADAN OLMASININ 120 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI (Bakı, 28-30 aprel 2010-cu il) Bakı - 2010 2 Redaktor və buraxılışa məsul: K.Tahirov Tərtibçi: Ə.Cəfərova Əhməd Zəki Validi Toğanın anadan olmasının 120 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans (Bakı, 28-30 Aprel 2010-cu il) /red. və bur. məs. K.Tahirov; tərt. Ə.Cəfərova; M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2010.- 93 s. © M.F.Axundov adına Milli Kitabxana, 2010 3 Əhməd Zəki Validi Toğanın anadan olmasının 120 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfransın məruzəçilərinin siyahısı: 1. Kərim Tahirov - Azərbaycan Milli Kitabxanasının direktoru, fəlsəfə elmləri doktoru, Əməkdar mədəniyyət işçisi 2. Sevda Məmmədəliyeva - Azərbaycan Respublika- sı Mədəniyyət və Turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü, professor 3. Düsen Kaseinov - Uluslararası Türk Kültürü Teş- kilatı (TÜRKSOY) Genel Sekreteri 4. Gövhər Baxşəliyeva – AMEA-nın akad. Z.M.Bün- yadov adına Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor 5. Tuncel Acar - Milli Kütüphane başkanlığı, Türkiye 6. Эмиров Айдар - директор крымскотатарской библиотеки им. И.Гаспринского 7. İsenbike Toğan - Türkiye Bilimler Akademisi, professor doktor 8. Tofiq Hacıyev - Bakı Dövlət Universitetinin Tür- kologiya kafedrasının müdiri, AMEA-nın müxbür üzvü, professor 9. Уалтаева Алтун - научный сотрудник Инсти- тута Истории и этнологии им. Ч.Валиханова, Казахстан 10. Ибрагимов Азат - директор Национальной библиотеки им. А.-З.Валиди Республики Башкортостан, г.Уфа 11. Киреев Ильдар - заведующий отделом руко- писных и редких изданий Национальной библиотеки им. А.-З.Валиди Республики Башкортостан, г.Уфа 12. Mirzə Ənsərli - AMEA akad. Z.M.Bünyadov adı- na Şərqşünaslıq İnstitutunun elmi işçisi 4 Kərim Tahirov, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi, fəlsəfə doktoru ƏHMƏD ZƏKİ VALİDİ TOĞAN - 120 Əsası 1992-ci ilin yazında İstanbul şəhərində türkdilli dövlətlərin Mədəniyyət nazirlərinin birinci görüşü zamanı qoyulan TÜRKSOY təşkilatının əsas məqsədi türkdilli xalq və ölkələr arasında dost münasibətlərin və qarşılıqlı anlaş- manın qurulması, türkdilli xalqların ədəbiyyat, mədəniyyət və incəsənətinin öyrənilməsi sahəsində elmi araşdırmaların intensivləşdirilməsi, öz xalqlarının milli tarixinin, doğma di- linin, ədəbiyyatının mədəniyyətinin yeni nəsil tərəfindən öy- rənilməsinə dəstək olmasıdır. 16 oktyabr 2009-cu ildə Bakıda TÜRKSOY-un Daimi Şurasının XXVI toplantısının açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bir daha qeyd etdi ki, yarandığı gündən bu günə kimi bu təşkilat Avrasiyanın türkdilli arealı çərçi- vəsində milli dil, tarix, mənəvi irs və müasir mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və xalqların regional mədəni əməkdaşlığını çox böyük uğurla həyata keçirib. TÜRKSOY hər dəfə öz toplantısını ən əlamətdar hadisələrin və tədbirlərin qeyd olunduğu bir vaxta salır. 2010-cu ili TÜRKSOY görkəmli şərqşünas alim, türkoloq Əhməd Zəki Validi Toğan ili elan edilib və biz çox şadıq ki, bu gün M.F.Axundov adına Azərbaycan Milli Kitabxana- sında görkəmli alimin anadan olmasının 120 illiyinə həsr olunmuş beynəlxalq konfransa yığışmışıq. Adı dünya şöh- rətli türkoloq alimlər: Adnan Adıvar, Fuad Körpülüzadə ilə birgə çəkilən Əhməd Zəki Validi Toğanın xatirəsinə həsr 5 edilmiş belə silsilə tədbirlərin birincisi artıq Qazaxıstanda keçirilib və inanıram ki, hələ bir çox türkdilli ölkələrdə bu görkəmli alim yad ediləcəkdir. Keçdiyi çətin və mürəkkəb həyat yoluna nəzər saldıqda, bu böyük insanın nə dərəcədə çoxşaxəli yara-dıcı- lığa malik olduğunun şahidi oluruq. Öz ilk təhsilini doğma aulu Quzyanda, ata və dayısının mədrəsəsində alan Zəki Validi Toğan müsəlman məktəbində müəllimlik etməkdən başlamış və dünya şöhrətli türkoloq, islamşünas-alim kimi yetişə bilmişdir. İyirmi altı yaşında olanda artıq onu, dünya şöhrətli şərqşünas alim Bartold yük- sək qiymətləndirmiş və öz həmkarı kimi qəbul etmişdir. Ömrünün bir dövrünü başqırd xalqının azadlığı uğrunda mübarizəyə həsr etmiş bu insan, Rusiyada, Orta Asiyanın ucsuz-bucaqsız çöllərində, İranda, Hindistanda daha sonralar Avropada olmuş, ən yüksək vəzifələrdə çalış- mış, ancaq tezliklə o yüksək pillələri tərk etmişdir. Çünki, təbiətcə çox yüksək istedada və qabiliyyətə malik bu insan elm adamı olduğunu dərk edir, öz həyat yolunu elmdə görür. Elmi axtarışlara olan maraq və həvəs, demək olar ki, ehtiras Zəki Validini heç vaxt, hətta siyasi fəaliyyətinin ən gərgin vaxtlarında belə rahat buraxmır, bir dəqiqə boş vaxtı olanda səyahətləri zaman əldə etdiyi əlyazmaların tədqiqi ilə məş- ğul olurdu. Bir çox Şərq dillərini, türk dilinin dialekt və şi- vələrini dərindən bilməsi bu işdə onun işini çox asan- laşdırırdı. 1914-cü ildə Türküstanda türk xalqının tarixi ilə bağlı aşkar etdiyi əlyazmalar dünya oriyentalistika tarixində mü- hüm hadisə oldu. Bu tapıntısı ilə o, artıq rus və dünya alim- lərinin diqqətini özünə cəlb edə bildi. Apardığı araşdırmala- ra, tədqiqatlara, sanballı faktlara əsaslanaraq yazdığı tarix, etnoqrafiya və ədəbiyyat haqqında elmi məqalələrinin əsas məqsədi həm öz həmvətənlərini, həm də Qərb türkoloqlarını türk xalqının əsl tarixi ilə tanış etmək idi. Və əminliklə 6 demək olar ki, həyatının müxtəlif dövrlərində ağır təzyiqlə- rə, sıxıntılara məruz qalan bu fədakar insan elmi fəaliyyətini daim davam etdirərək dünya oriyentalistika tarixinə bəxş et- diyi sanballı monoqrafiya, məqalə və araşdırmaları ilə bu məqsədinə nail olmuşdur. “Türk və tatar tarixi”nin ilk cildini 1912-ci ildə nəşr et- dirən alim bu əsərinə görə Kazan Universiteti Tarix və Ar- xeologiya Cəmiyyətinin üzvlüyünə qəbul edilir. Daha sonra- lar onun “Tarix metodologiyası”, “Bu günkü Türküstan və yaxın keçmişi”, “Xatirələr”, “Tarixdə üsul”, “Ümumtürk tarixinə giriş”, “Türkün müqəddəratı” kimi sanballı əsərlər nəşr etdirir. Bu istedadlı alimin Azərbaycan xalqına xüsusi məhəb- bəti olmuş, bu xalqın tarixinə, etnoqrafiyasına, mədəni həya- tına aid elmi məqalələr həsr etmişdir. O, 1927-ci ildə “Azər- baycan etnoqrafiyasına dair” elmi araşdırmalarını nəşr etdir- mişdir. Bu əsərin miladdan sonra Azərbaycan xalqının tari- xini və toponimikasını öyrənməkdə rolu böyükdür. Zəki Va- lidi Toğanın “İslam Ensiklopediyası”nda nəşr etdirdiyi “Azərbaycan” məqaləsini xüsusi qeyd etmək lazımdır. Bu əsər Azərbaycan tarixini özündə mükəmməl əks etdirir və milli tariximizlə maraqlanan tədqiqatçılar üçün maraqlı bir vəsaitdir. Zəki Validi Toğanı bir şəxsiyyət kimi formalaşdıran bir cəhətdə də vardır ki, o da onun türk olmasıdır. Bu onun elmi fəaliyyətinə xüsusi məna verir. Ona qədər də türk tarixi üzrə türk alimləri olmuşdur. Ancaq aparıcı yeri əsasən türk olmayan alimlər tuturdu. Toğanın türk tarixi elmində səhnəyə çıxması ilə bu elmin öyrənilməsində mühüm məqamlar ortaya çıxdı. Türk milləti çox xöşbəxtdir ki, belə bir alimi var. Ona ğörə ki, ucsuz-bucaqsız türk tarixini öyrənmək və dünya miqyasında işıqlandırmaq üçün tarix elmimizin əsli türk olan, tədqiqatların yeni metodikasını bilən Əhməd Zəki Va- lidi Toğan kimi alimlərə böyük ehtiyacı var. 7 Azərbaycan həmişə türkçülüyün, türkçülük, turançılıq ideologiyasının önündə getmişdir. Bu mənada ilk türkoloji qurultayın da 1936-cı ildə Bakıda keçirilməsi, məhz repressiyaların, terrorun tüğyan etdiyi bir vaxtda keçirilməsi də təsadüfi deyildi. Keçmiş sovetlər birliyində Azərbaycan həmişə türkçülük əhvali-ruhiyyəsinin közərdiyi bir məkan olmuşdur. Belə hesab edirəm ki, görkəmli türkoloq-alim Əhməd Zəki Validi Toğanın 120 illik yubiley tədbirlərinin Bakıda keçirilməsi əlamətdar hadisədir. Bu tədbirə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, BDU-nun Türkologiya kafedrasının müdiri, görkəmli türkoloq alim, prof. Tofiq Hacıyev, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru prof. Gövhər xanım Baxşəliyevanın və digər türkoloq alimlərin iştirakı bu tədbirin möhtəşəmliyindən xəbər verir. Tədbirin Azərbaycan Milli Kitabxanasında keçirilməsi də təsadüfi deyildir. Əhməd Zəki Validi Toğan kitabları çox sevirdi, kitab onun üçün hər şey idi, kitabla baş-başa qaldığı günlərini ömrünün ən xoş anları hesab edirdi. Bu mənada onun yubiley tədbirlərinə məhz milli kitabxananın ev sahibliyi etməsi xüsusilə əlamətdardır. Biz də bu tədbirin təşkilatçısı olduğumuz üçün böyük fəxarət hissi keçiririk. Mən ilk növbədə görkəmli türkoloq alimin qızını - professoru salamlayıram, onun qarşısında baş əyirəm və Validi ocağının ənənələrini davam etdirdiyinə görə ona təşəkkürümüzü bildirirəm. Belə bir tədbirin bizim kitabxanada keçirilməsinə şərait yaratdıqlarına görə Azər- baycan Respublikasının Mədəniyyət və Turizm naziri cənab Əbülfəs Qarayevə, TÜRKSOY təşkilatına və onun rəhbəri Dusen bəy Kaseinova və türkdilli ölkələrin təmsilçilərinə minnətdarlığımı bildirirəm. Türkiyədən, Qazaxstandan, Baş- qırdstandan, bizə qonaq gələn türkoloq-alimlərə “xoş gəlmi- siniz” deyirəm. 8 Bu tədbirin keçirilməsində bizə mənəvi dəstək göstərən AMEA-nın Şərqşünaslıq İnstitutuna və həmin təşkilatın rəhbəri, millət vəkili Gövhər xanım Baxşəliyevaya təşəkkür edirəm. Əhməd Zəki Validi Toğan və onun kimi fədakar türkoloqlar yaşayıb-yaratdıqları dövrdə türkçü, turançı olduqlarına görə həmişə təqib olunmuş, məhrumiyyətlərə düçar olmuşlar. Şükürlər olsun ki, bu gün xalqlarımız azadlıq əldə etmişlər və heç bir qorxu-ürkü olmadan bir vaxtlar adlarını çəkməyə belə qorxduğumuz aydınlarımız barədə bolluca danışa bilir, onları yad edə bilirik. Bugünkü beynəlxalq konfransı açıq elan etməkdən böyük şərəf duyduğumu bildirərək bir arzumu ifadə etmək istəyirəm ki, Tanrı bu imkanı bizlərə, sizlərə və bütün türk xalqlarına çox görməsin! İndi isə sizlərin icazəsilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi adından konfransımızı salamlamaq üçün sözü Mədəniyyət və Turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü, prof. Sevda xanım Məmmədəliyevaya verirəm. 9 Sevda Məmmədəliyeva, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini, AMEA-nın müxbir üzvü, professor Hörmətli tədbir iştirakçıları, hörmətli qonaqlar! Azər- baycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi adın- dan və şəxsən cənab nazirimiz Əbülfəs Qarayevin adından TÜRKSOY təşkilatının rəhbərliyini, bizim dəvətimizi qəbul edərək du tədbirə qatılan türkdilli ölkələrin milli kitabxana- larının direktorlarını, digər qonaqları və bütün tədbir iştirak- çılarını səmimi salamlayıram. TÜRKSOY təşkilatı yarandığı ilk gündən həmişə türkdilli xalqların mədəniyyətlərinin in- teqrasiyası, mədəni dəyərlərinin tədqiqi və təbliği istiqamə- tində dəyərli addımlar atır. Bu yöndə atılan dəyərli addım- lardan biri də son illərdə ortaq dəyərlərimizin tədqiqi, təbliği və tanıdılmasında əhəmiyyətli rol oynayan türk dünyasının işıqlı ziyalılarının yubileylərinin bütün türkdilli ölkələrdə təntənəli şəkildə qeyd olunmasından ibarətdir. TÜRKSOY təşkilatı 2010-cu ili “Əhməd Zəki Validi ili” elan etmişdir və bu gün biz sizinlə türk dünyasının işıqlı şəxsiyyətlərdən biri olan, başqırd xalqının böyük oğlu, gör- kəmli türkoloq-alim professor Əhməd Zəki Validi Toğanın anadan olmasının120 illiyinə həsr olunmuş beynəlxalq kon- fransda iştirak edirik. Mən, fürsətdən istifadə edərək gərgin iş qrafikinin ol- masına və səhhətindəki problemlərə baxmayaraq zəhmət çə- kib Bakıya gələrək bu beynəlxalq konfransda iştirak edən və öz iştirakilə tədbirimizi daha da zinətləndirən Əhməd Zəki Validinin qızı prof. İsenbikə Toğana xüsusi təşəkkürümü bildirirəm. Əhməd Zəki Validi Toğan böyük ürəkli türkoloq- alim idi, onun üçün türkçülük, türk xalqlarının mədəni də- yərlərinin tədqiqi və öyrənilməsi həyat amalı idi, qeyrət mə- 10
Description: