www.vivo-book.com Erika Leonard Ceyms Zülmətin əlli çaları 1 www.vivo-book.com Erika Leonard Ceyms gənc yaĢlarından oxucuların qəlbini ovsunlayacaq hekayətlər qələmə almağı düĢünürdü. Lakin ailə və karyera onun həyatında birinci yeri tuturdu. Nəhayət, günlərin bir günü cəsarətini toplaya bilmiĢ bu xanım-yazar qələmə sarılaraq öz romanı ilə ―qıĢ yuxusuna getdi‖ və Ģirin röyadan məĢhur belletrist kimi ayıldı. Onun ilk qələm təcrübəsi olan ―50 çalar‖ trilogiyasının ilk kitabı – ―Bozun əlli çaları‖ artıq Azərbaycan oxucusunun ixtiyarındadır. ―Zülmətin əlli çaları‖ AnasteyĢa Stil və Kristian Qreyi oxucularla bir daha görüĢdürəcək. Növbədə isə ―Azadlığın əlli çaları‖ durur. Dünya satıĢ reytinqlərində ilk pilləni tutan trilogiya 18 yaĢından yuxarı olan oxucular üçün nəzərdə tutulub. 2 www.vivo-book.com Z və J-ya ithaf. Siz mənim ən sevimli adamlarımsınız, daima! 3 www.vivo-book.com MİNNƏTDARLIQ Sara, Key və Cadeyə sonsuz minnətdarlığımı çatdırmaq istəyirəm. Mənim üçün etdiyiniz hər Ģeyə görə çox sağ olun. Mətnlə bağlı iĢin əsas ağır yükünü öz üzərinə götürmüĢ Ketlin və Kristiyə ÇOX minnətdaram... Sən də sağ ol, Niall, sevgilim, ərim və ən yaxĢı dostum (demək olar ki, hər zaman). Və dünyanın bütün gözəl, heyrətamiz qadınlarına böyük, çox böyük salamlar. Onlarla məmnuniyyətlə ünsiyyətdə oldum və indi hamısını öz rəfiqələrim hesab edirəm: Eyl, Aleks, Emi, Andrea, Anjela, Asusena, Babe, Bi, Belinda, Betsi, Brendi, Britt, Kerolayn, Ketrin, Doun, Qven, Hana, Canet, Cen, Cenn, Cil, Keti, Kelli, Ayz, Mendi, Marqaret, Nataliya, Nikol, Nora, Olqa, Pam, Polina, Rayna, Reyzi, Rayan, Rut, Stef, Susi, TaĢa, Teylor və Yuna. Habelə onlayn ünsiyyətdə olduğum bütün istedadlı, Ģən və xeyirxah qadınlara (həmçinin, kiĢilərə) salamlar. 4 www.vivo-book.com ―Hitman‖ hoteli ilə bağlı hər Ģeyə görə Morqan və Cennə minnətdaram. Və nəhayət, Caninə, redaktoruma minnətdaram. Sən bütün iĢlərin məhək daĢısan. Vəssalam. 5 www.vivo-book.com Proloq O qayıtdı. Anam divanda uzanmıĢdı; ya yatmıĢ, ya da yenə halı pisləĢmiĢdi. Mən mətbəxdə, masanın altında gizlənmiĢdim, divara sıxılmıĢdım ki, məni görə bilməsin. Üzümü əllərimlə örtmüĢdüm. Barmaqlarım arasından anamı, onun çirkli yaĢıl parçayla bağlı əllərini görürdüm. Onun parlaq toqqalı iri çəkmələri anamın qarĢısında dayanmıĢdı. O, anamı qayıĢla döyürdü. – Qalx! Qalx! Qancıq! Qancıq! Murdar qancıq! Qalx, qancıq! Qalx! Qalx!.. Anam hıçqıraraq ağlayırdı. ―Eləmə. XahiĢ edirəm, eləmə!..‖ Anam qıĢqırmırdı. Yumaq kimi yığılmıĢdı və üzünü gizlədirdi. Gözlərimi yumub qulaqlarımı tıxadım. Sükut. Gözlərimi açdım. O geri çöndü və əlində qayıĢla mətbəxə doğru gəlməyə baĢladı. Məni axtarırdı. 6 www.vivo-book.com Əyildi və masanın altına baxdı. Ġyrənc qoxu – siqaret və viskinin qarıĢığı burnumu göynətdi. – Deməli, burdasan, düdəmə… O, qan donduran zingiltiylə yuxudan oyandı. Ġlahi! О, qan-tər içində idi, qəlbi sürətlə döyünürdü. Bu nə idi belə? O, kəskin hərəkətlə oturdu və baĢını silkələdi. Lənət Ģeytana, onlar qayıtmıĢdı… Ulayan o özü imiĢ. О, dərindən nəfəs alır, sonra tələsmədən nəfəsini buraxır, sakitləĢməyə çalıĢırdı, burun dəliklərindən və yaddaĢından ucuz burbon və iyrənc ―Kamel‖ siqaretinin qoxusunu çıxarmağa cəhd edirdi. 7 www.vivo-book.com 8 www.vivo-book.com 1-ci fəsil Mən Kristiansız keçən üçüncü günümü ilk iĢ günümlə bərabər birtəhər yaĢadım. Hər halda, bir qədər baĢımı qata bilmiĢdim. Yanımdan yeni simalar keçirdi, mahiyyətini anlamağa çalıĢırdım. Üstəlik, yeni müdirim, mister Cek Hayd… Budur, o, masama yaxınlaĢır, gülümsəyir, mavi gözlərində qığılcımlar oynaĢır. – Afərin, Ana. Məncə, səninlə iĢ birliyimiz alınacaq. ÇalıĢıram ki, güclə də olsa, dodaqlarımı uzadıb təbəssümə oxĢadım. – Mən gedim, əgər icazə verirsinizsə. – Əlbəttə, get, artıq altının yarısıdır. Sabahadək. – Sağ olun, Cek. – Sağ olun, Ana. 9 www.vivo-book.com Çantamı götürdüm, gödəkcəmi geyindim və qapıya sarı irəlilədim. Sietlin küçəsinə çıxaraq ciyərdolusu nəfəs aldım. Amma axĢamçağının havası döĢ qəfəsimdəki boĢluğu, Ģənbə səhəri duyduğum, itirdiyim haqqındakı ağrılı xatirəni – həmin o vakuumu doldura bilmirdi. Məyusluqla ayaqlarımı avtobus dayanacağına doğru sürüməyə baĢladım və indi sevimli yoldaĢım – ―Vanda‖sız, … ya da ―Audi‖siz necə yaĢayacağım barədə düĢünürdüm. O dəqiqə fikrimi yayındırmağa çalıĢdım. Yox. Onun haqqında düĢünmə! Hə, əlbəttə, özümə indi maĢın ala bilərəm, daha gözəl, daha yeni maĢın. Yəqin ki, mənimçün pul kisəsini səxavətlə açacaq… Bu fikirdən ağzımda acılıq yarandı, amma vecimə almadım. Hər Ģeyi baĢımdan atmalıydım. Heç nəyi düĢünməmək, heç nə duymamaq… Və onun barəsində fikirləĢməmək. Yoxsa yenə hönkürəcəkdim, elə indi, küçənin ortasında. Bircə bu çatıĢmırdı. Keytsiz mənzil boĢ və darıxdırıcı idi. Yəqin, indi o, sərin kokteyl içərək Barbarosdakı çimərlikdə Ģellənirdi. Yastı ekranlı televizoru yandırdım ki, səs boĢluğu doldursun 10
Description: