AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI A R X E O L O G Ġ Y A V Ə ETNOQRAFĠYA ĠNSTĠTUTU A Z Ə R B A Y C A N E T N O Q R A F Ġ Y A S I ÜÇ CĠLDDƏ I CĠLD ġƏRQ-QƏRB BAKI 2007 3 BaĢ redaktor: Teymur Bünyadov akademik Redaksiya heyəti: Maisə Rəhimova Qəzənfər Rəcəbli Tofiq Babayev Qabil Əliyev Fəzail Vəliyev Solmaz Məhərrəmova ġirin Bünyadova Məmməd Allahmanlı ISBN 978-9952-448-04-7 305.8/0094754-dc22 Etrıoqrafiya - Azərbaycan Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı, "ġərq-Qərb", 2007, 544 səh. ―Azərbaycan etnoqrafiyası"nın birinci cildində Azərbaycanın təbii-coğrafi Ģəraiti, çoxəsrlik tarixi, əkinçilik və maldarlıq mədəniyyəti, onun əhalinin sosial-iqtisadi həyatında rolu, həmçinin xalqımızın qədim məĢğuliyyət sahələrindən olan ovçuluq, balıqçılıq və arıçılığın keçdiyi inkiĢaf mərhələləri öyrənilir. Kitabda Azərbaycan xalqının qədim sənət sahələrindən dulusçuluq, daĢiĢləmə, ağaciĢləmə, misgərlik, dəmirçilik, zərgərlik, dabbağlıq, xalçaçılıq və s. geniĢ tədqiq olunmuĢdur. © "ġərq-Qərb", 2007 4 ÖN SÖZ Avropa ilə Asiyanın ayrıcında yerləĢən Azərbaycan əlveriĢli təbii-coğrafi Ģəraitə, mülayim iqlimə, münbit torpağa, zəngin yeraltı və yer üstü sərvətə malikdir. Dünyada mövcud on bir iqlim Ģəraitinin doqquzunun Azərbaycanda olması bu torpağın bərəkətini artırıb, Ģöhrətini ucaldıb. Bu ərazi həqiqi olaraq bəĢər sivilizasiyasının ilkin ocaqlarından biri kimi məĢhurdur. Hələ iki milyon il bundan əvvəl burada ibtidai insanların məskən salması, güzəran keçirməsi, yaĢayıb-yaratması, təkamül, tərəqqiyə çatması üçün hər cür Ģərait mövcud olmuĢdur. Qafqazın qoynunda yaĢayan Azərbaycan xalqı bu qədim və müqəddəs ərazidə bərqərar olmuĢ, özünün yüksək təsərrüfat həyatını, sənətkarlığı, sənəti, maddi və mənəvi mədəniyyətini yaradaraq dünyanın ən qədim və mədəni xalqlarından biri kimi tanınmıĢdır. Azərbaycan etnoqrafik baxımdan dünyanın ən zəngin, çoxcəhətli və maraqlı guĢələrindən biridir. Xalqımız minilliklər boyu Qafqaz və Qədim ġərq xalqları ilə iqtisadi və mədəni əlaqədə olmuĢdur. Yaranan bu qarĢılıqlı təmasdan xalqımız çox Ģey əxz etmiĢ və faydalanmıĢdır. Xalqımız da öz növbəsində həmin xalqların tükənməz təsərrüfat həyatına, maddi və mənəvi mədəniyyətinə çox Ģeylər bəxĢ etmiĢ, onu daha da zənginləĢdirmiĢdir. Etnoqrafiya yunan sözü olub, "etnos" - xalq, "qrafis" - öyrənmək, təsvir etmək mənasını daĢıyır. Etnoqrafiya etnologiya kimi də ədəbiyyatda geniĢ iĢlənir. "Etnos" - xalq, "loqos" elm. Deməli, etnologiya xalq haqqında elm deməkdir. Bu terminlərin hər ikisi eyni məzmun kəsb etsə də, etnologiya bu elmin mahiyyətini daha dəqiq və dürüst mənalandırır. Deməli, etnoqrafiya - etnologiya xalqı öyrənən, təsvir və tərənnüm edən elmdir. Bu mənada etnoqrafiya - etnologiya xalqa daha yaxın olan, onun arzu və istəklərini araĢdıran elmdir. Etnoqrafiya elminin əsas vəzifəsi xalqı öyrənməklə tarix yazmaq, onu daha da zənginləĢdirmək, əhatəli etməkdir. Etnoqrafiya elmi arxeologiya elmi kimi, tarix elminin mühüm tərkib hissəsidir, onun bütövlüyünün, tamlığının təsdiqidir. Ona yardımçı olur, üfüq dairəsini geniĢləndirir. Etnoqrafik araĢdırmalarda arxeoloji materiallar və tədqiqatlar əvəzsiz əhəmiyyətə malikdir. Bu elmlərin birliyi çoxəsrlik tariximizin bir sıra qaranlıq səhifələrinə iĢıq saçır. Minillikləri milyon illərə qovuĢduran tarix yazır, tarix yaradır. Əgər belə demək mümkünsə arxeologiya tarix elminin ixtiraçısı, etnoqrafiya onun bərpaçısı rolunu oynayır. Arxeologiya yerin qatlarındakı mədəni təbəqələrdə müxtəlif dövrlərə aid zəngin və qiymətli materiallar aĢkar edir, onun xronologiyasını verir. Etnoqrafiya isə bu maddi-mədəniyyət qalıqlarının bərpasına yardımçı olur, lazımı köməklik göstərir. Heç Ģübhəsiz, bu birlik, müĢtərəklik dərin məna və məzmunu ilə seçilən tarixin yaranmasına öz töhfəsini verir. Azərbaycanda yaĢayan ən qədim insanların tarixi 2 milyon ilə qədərdir. Ona görə də, bu cilddə hər hansı sahənin və məsələnin iĢıqlandırmasında zəngin arxeoloji materiallar və bu sahədə aparılan araĢdırmaların mühüm nəticələri nəzərə alınmıĢdır. 5 F.Engelsin qeyd etdiyi kimi: "...bu çox qədim dövr - hər hansı bir Ģəraitdə bütün gələcək nəsillər üçün son dərəcə maraqlı bir dövr olub qalacaqdır, çünki, həmin dövr, çox sonrakı daha yüksək inkiĢafın əsasını təĢkil edəcəkdir, çünki həmin dövrün baĢlanğıc nöqtəsi insanın heyvan aləmindən ayrılmasından, onun məzmunu ilə gələcəkdəki birləĢmiĢ insanların heç bir zaman təsadüf etməyəcəkləri çətinliklərin aradan qaldırılmasından ibarətdir". Etooqrafik əsərlərin yazılmasında arxeologiya elmi kimi tarix elminin aparıcı rolu da danılmazdır. Ona görə də, tarix elminin nailiyyətlərindən, müxtəlif xarakterli qaynaqlardan, səyyahların, tacirlərin, alimlərin, Ģairlərin əsərlərindən yeri gəldikcə istifadə edilmiĢdir. Buraya ayrı-ayrı məsələlərlə bağlı muzey kolleksiyaları, arxiv materialları və dövrü mətbuat da daxil edilmiĢdir. Azərbaycan xalqının mənĢəyinin və təkamülə çatmasının öyrənilməsində antropologiya elminin rolu son dərəcə böyükdür. Ona görə də üçcildlikdə bu problemə yeri gəldikcə müraciət edilir. Əsərin birinci cildilə bağlı kənd təsərrüfat elmlərinin məlumat və müddəalarından daha geniĢ Ģəkildə istifadə edilmiĢdir. Sənətkarlıq sahələri ilə əlaqədar məsələlərin Ģərhində incəsənət sahələrinə də müraciət edilmiĢdir. Etnoqrafıya elmi hər hansı bir materialı təkcə qeydə almaq, təsvir etmək kimi deyil, eyni zamanda onun nесə əmələ gəldiyinin bərpasına çalıĢır, əhəmiyyətini göstərir, sadədən mürəkkəbə doğru inkiĢaf mərhələlərini izləyir. Müqayisəli materiallarla tədqiq edir. Tarixi ardıcıllığı üstün tutur. Etnoqrafiya xalqın əmək fəaliyyətinin zəngin irsinin, dünyagörüĢünün araĢdırılmasında əvəzsiz rol oynayır. Əmək insanın heyvanat aləmindən ayrılmasında ilkin və əsas Ģərt kimi mənalandırılır. Onun sonrakı inkiĢaf fəaliyyətinin əsasını təĢkil edir. F.Engelsin təbirincə desək: "Əmək bütün insan həyatının birinci əsas Ģərtidir, həm də о dərəcədə belə bir əsas Ģərtdir ki, biz müəyyən mənada deməliyik: insanın özünü əmək yaratmıĢdır". Azərbaycan xalqının etnoqrafiyası onun tarixi qədər zəngin və qədimdir. Bu çoxsahəli zəngin irsi hərtərəfli araĢdırmadan, onun tarixini də yüksək elmi səviyyədə tədqiq etmək qeyri-mümkündür. Deməli, etnoqrafiya elmi hazırda qurub-yaradan Azərbaycan xalqının qədim və müasir tarixinin öyrənilməsinə təsirli kömək göstərir, onu yeni dəlil-sübutlarla zənginləĢdirir. Heç Ģübhəsiz, "Azərbaycan etnoqrafiyası"nın nəĢr edilməsi çoxcildlik Azərbaycan tarixi, ədəbiyyatı, folkloru, memarlıq və incəsənət tarixi, dil tarixi, habelə xalq təsərrüfatı tarixinin yazılmasına xeyli kömək edəcək, həmin əsərlərin daha da dolğunlaĢmasına və zənginləĢməsinə imkan yaradacaqdır. Uzun illərin və gərgin əməyin məhsulu olan Azərbaycan etnoqrafiyası bu Ģəkildə etnoqraflarımız tərəfindən ilk dəfə qələmə alınır. Üç cilddən ibarət olan bu ciddi araĢdırmada demək olar ki, etnoqrafiya elminin əhatə etdiyi bütün məsələlərin hamısı yetərincə öz əksini tapmıĢdır. Xatırladaq ki, bu üç cildliyin əhatə dairəsi daha geniĢ olsa da, onun tədqiqat 6 obyektinin əsasını XIX əsr və XX əsrin əvvəlləri təĢkil edir. Üçcildliyin birinci cildində "Azərbaycan xalqının təsərrüfat həyatı" və "Sənətkarlıq" sahələri xronoloji ardıcıllıq prinsipinə uyğun Ģəkildə özünün geniĢ əksini tapmıĢdır. Ġkinci cild "Maddi mədəniyyət" və "Ailə və ailə məiĢət", üçüncü cild "Mənəvi mədəniyyət" problemlərini əhatə edir. Azərbaycan etnoqrafiyasının əsas tərkib hissələrindən olan əkinçilik və maldarlıq mədəniyyətinin, çoxsaylı sənətkarlıq sahələrinin, maddi və mənəvi mədəniyyət məsələlərinin daha dolğun və əhatəli Ģəkildə araĢdırmasında təbii-coğrafi Ģəraitin son dərəcə böyük, bir sıra hallarda isə müstəsna rolu vardır. Bu mühüm cəhəti nəzərə alaraq əsərdə ölkəmizin coğrafiyası qısa oçerk Ģəklində öz əksini tapması təbiidir. Birinci cilddə Azərbaycanda zaman-zaman yaĢayan əhalinin iki milyon illik tarixi nəzərdən keçirilir. Burada Paleolit, Neolit, Eneolit və Tunc dövrləri, ibtidai icma quruluĢunun dağılması, ilk sinifli cəmiyyətin və dövlətin yaranması, feodalizmin bərqərar olması və inkiĢafı, eləcə də kapitalizmin təĢəkkülü prosesinin qısa Ģəkildə Ģərhi verilmiĢdir. Həqiqətdir ki, bəĢər tarixinin ən qədim və əsas kəĢflərindən biri, insanlar üçün həyatı məna kəsb edən əkinçilik mədəniyyətidir. Ərazimizin əlveriĢli təbii-coğrafi Ģəraitə malik olması burada qədim zamanlardan müxtəlif təsərrüfat sahələrinin yaranması və sonrakı inkiĢafına əsaslı zəmin yaratmıĢdır. Azərbaycanda yabanı аrpа və buğda, taxıl növlərinin mövcudluğu, yığıcılıq iĢilə məĢğul olan ibtidai insanların tədricən əkinçilik vərdiĢləri yeni mədəniyyətinin yaranmasına gətirib çıxarmıĢdır. Azərbaycan təkcə Qafqaz da deyil, həm də ġərq ölkələri arasında ən qədim kənd təsərrüfatı ölkələrindən biri kimi tanınır. Burada hələ Neolit dövründə dəmyə əkinçilik əhalinin təsərrüfat həyatında əsas yerlərdən birini tutmuĢdur. Əsərdə Ģum alətlərinin sadədən mürəkkəbə doğru inkiĢafından, biçin və döyüm qaydaları, taxılın saxlanması məsələləri tədqiq edilir. Həm də süni suvarma məsələləri, üzümçülük, bağçılıq, bostançılıq, tərəvəzçilik və təsərrüfatın baĢqa sahələrinin inkiĢafı araĢdırılır. Çəltikçilik və ipəkçilik bəzi bölgələrdə əhalinin əsas məĢğuliyyəti olmuĢdur. Əsasən ilk orta əsrlərdən etibarən Azərbaycanda bir sıra sərfəli texniki bitkilər becərilmiĢdir. Əsərdə bu təsərrüfat sahələrinin hər biri ayrılıqda tədqiq edilmiĢ və onların əhalinin təsərrüfat məiĢətində tutduğu mövqe müəyyənləĢdirilmiĢdir. Eyni fikri arıçılıq təsərrüfatı sahəsinə də Ģamil etmək olar. Azərbaycan xalqının təsərrüfat məiĢətində maldarlıq minilliklər boyu mühüm rol oynamıĢdır. Hətta bəzi bölgələrdə qoyunçuluq aparıcı təsərrüfat sahəsi olmuĢdur. Qaramal, atçılıq və dəvəçilik əsrlərdən əsrlərə keçərək yerli əhalinin təsərrüfat həyatında möhkəm yer tutmuĢdur. Əsərdə maldarlıq təsərrüfatı ilə yanaĢı, maldarlıq məhsullarının hazırlanması və istifadəsi barədə də maraqlı etnoqrafik məlumatlar vardır. Azərbaycanda ovçuluq və balıqçılıq qədim DaĢ dövründə əhalinin iqtisadi 7 həyatının aparıcı təsərrüfat sahələri olmuĢdur. Lakin sonrakı tarixi minilliklərdə bu sahələr öz aparıcı rolunu itirərək yardımçı təsərrüfat sahələrinə çevrilmiĢdir. Yardımçı sahələrinin mərhələləri, bu sahələrdə iĢlədilən əmək alətləri və qaydaları haqqında əsərdə verilən məlumatlar böyük maraq doğurur. Azərbaycanın yeraltı və yerüstü xammal ehtiyatı, zənginliyi, qədim zamanlardan baĢlayaraq müxtəlif sənət sahələrinin yaranması və inkiĢafı üçün əlveriĢli zəmin yaratmıĢdır. Xalqımız əsrlər boyu 50-dən artıq sənət növü yaratmıĢdır. Lakin onlardan əsasları haqqında məlumat verməklə kifayətlənirik. Azərbaycanda ən qədim sənət növlərindən biri daĢiĢləmə sənətidir. Bu sənətin tarixi ibtidai icma quruluĢunun tarixilə səsləĢir. DaĢdan hazırlanan əmək alətləri insanın inkiĢafında öz rolunu oynamıĢdır. Tarixin müxtəlif dövrlərində yaĢayıĢ binalarının tikilməsində, sədlərin və keçidlərin inĢasında daĢdan geniĢ istifadə edilmiĢdir. Zəngin daĢ ehtiyatına malik Azərbaycanda kəndlərin, Ģəhərlərin salınmasında və digər sahələrdə bu sənət növü öz rolunu oynamıĢdır. Əsərdə daĢçıxarma, daĢyonma, daĢoyma, diĢəmə, cilalama prosesləri və bu məqsədlə iĢlədilən əmək alətlərinə geniĢ yer verilir. Ərazimizdə ən qədim sənət sahələrindən biri olan dulusçuluq hələ Neolit dövründə mövcud olmuĢdur. Dulusçuluq təkcə mühüm sənət növü olmayıb həm də arxeologiya elminin əlifbası sayılır. Tariximizin qədim dövrlərinin öyrənilməsində mühüm mənbə rolunu oynayır. Tunc dövründən əkinçilik və maldarlıq mədəniyyətinin sonrakı inkiĢafı dulusçuluğun geniĢləndirməsinə səbəb olmuĢdur. Əkinçilik, maldarlıq və Ģərabçılıq məhsullarının saxlanılmasında dulusçuluq sənətinin rolu daha da artmıĢdır. Bu fikri arxeoloji qazıntılar zamanı tapılan dulus çarxlarının varlığı bir daha təsdiq edir. Feodalizm dövründə kəndlərlə yanaĢı, Azərbaycanın bir sıra Ģəhərlərində daha çeĢidli, daha naxıĢlı zərif qablar məiĢətə geniĢ daxil olmuĢdur. Dulus sənətinin inkiĢafında münasib torpaq növünün olması mühüm rol oynayır. Əsərdə dulus məmulatlarının sadədən mürəkkəbə doğru inkiĢaf prosesi və onun mərhələləri Ģərh edilir. Ərazimizdə meĢələrin olması ağaciĢləmə sənətinin hələ Tunc dövründən təĢəkkül tapmasına Ģərait yaratmıĢdır. Bu sənətin ən geniĢ yayılan sahəsi ev avadanlığı, təsərrüfat tikililəri və nəqliyyat vasitələrinin hazırlanmasıdır. Əsərdə yer verilən maraqlı məsələlərdən biri də münasib ağac növünün kəsilməsi, qurudulması və sənətkarlar tərəfindən iĢlədilməsidir. AğaciĢləmə bölməsində bu sənətdə istifadə edilən əmək alətləri, ağaciĢləmə ustaları haqqında yığcam məlumat vardır. Azərbaycanda filiz yataqlarının olması metaliĢləmə sənətinin hələ Eneolit dövründən təĢəkkül tapmasına əsaslı zəmin yaratmasıdır. MetaliĢləmənin inkiĢaf etmiĢ bir sahəsi misgərlikdir. Feodalizm dövründə misgərlik sənəti daha da inkiĢaf edərək Təbriz, Marağa, Ərdəbil, ġamaxı, Bakı, Naxçıvan və bir sıra ticarət və sənətkarlıq mərkəzlərində geniĢ intiĢar tapmıĢdır. Azərbaycan misgərlərinin hazırladıqları sənət nümunələri yüksək qiymətləndirilmiĢdir. Əsərdə misgərliyin bütün prosesləri və mis məmulatları hazırlayan mahir ustalar haqqında maraqlı fikirlər verilmiĢdir. 8 MetaliĢləmə sənətinin bir növü də zərgərlikdir. Azərbaycan zərgərləri təkcə qızıl, gümüĢ, əlvan metallardan deyil, həm də qiymətli daĢlardan istifadə edərək zərif, incə, gözoxĢayan nümunələr yaratmıĢlar. Ərazimizdə qızıl və gümüĢlə zəngin yataqların və qiymətli daĢların olması zərgərlik sənətinin inkiĢafına təkan vermiĢdir. Bu incəsənət daha çox qadınlara xidmət etmiĢdir. Ona görə də əsərdə əlvan metallardan hazırlanan qadın baĢ bəzəyi, boyunbağı, üzük, sırğa, kəmər, toqqa və baĢqa bəzək əĢyalarının hazırlanması ətraflı Ģərh edilir, mahir zərgərlərin adları və əl iĢləri haqqında məlumat verilir . Əsərdə dəmirçilik, dabbağlıq, kürkçülük, çəkməçilik, sərraclıq və digər mühüm sənət növləri ilə yanaĢı, boyaqçılıq, keçəçilik haqqında da ətraflı məlumat vardır. Xalqımızın ən qədim və aparıcı sənət sahələrindən biri toxuculuqdur. Toxuculuğun xammal bazası hesab edilən maldarlıq əsas təsərrüfat sahəsi kimi hələ Neolit dövründə inkiĢaf etmiĢdir. Yun, pambıq, ipək, kətan və digər xammal mənbəyinin olması toxuculuq sənətinin sadədən mürəkkəbə doğru təkamülünü izləməyə imkan verir. Toxuculuğun ilkin mərhələsi hörmə sənəti olmuĢdur. Əsərdə ən qədim dövrdən baĢlayaraq XX əsrin əvvəlinə qədərki dövrün toxuculuq sənəti tədqiq edilir. Burada xırdabuynuzlu heyvanlarmın qırxımı, yunun əyirilməsi, boyanması ilə yanaĢı, istifadə edilən dəzgahlar və əmək alətləri tədqiq edilir. Eyni zamanda, pambıq və ipəkqurdunun becərilməsi və toxuculuqda istifadəsi qaydaları Ģərh edilir. Toxunan çeĢninin və rəngarəng parça növlərinin hazırlanması və istifadəsi qeyd edilir. Üçminillik tarixi olan xalçaçılıq sənəti muğamlarımız kimi, aĢıqlarımız kimi dünyada məĢhurdur. Əsasən yundan, pambıq və ipəkdən toxunan zövqlü, naxıĢlı, çeĢidli xalçalarımız dünyanın bir sıra muzeylərinin bəzəyinə çevrilmiĢdir. Təbriz, Qarabağ, Gəncə- Qazax, ġirvan, Quba və digər xalça məktəblərinin istehsal etdiyi məhsulların sorağı uzaq-uzaq ölkələrdən gəlir. Əsərdə xovlu və xovsuz xalça, kilim, məfrəĢ, çuval, xurcun haqqında maraqlı məlumatlar diqqəti cəlb edir. Xalçaçılıqda iĢlədilən əmək alətləri və dəzgahları da təsvir edilir. Xatırladaq ki, elmi, tərbiyəvi və həm də təcrübəvi əhəmiyyət kəsb edən üç cildliyin birinci cildi hələ 1988-ci ildə iĢıq üzü görmüĢ, mütəxəssislər tərəfindən yüksək qiymətləndirmiĢ və geniĢ oxucu kütləsinin böyük marağına səbəb olmuĢdur. Lakin hazırda ikinci və üçüncü cildlər nəĢr olunmuĢdur. Qərara alınmıĢdır ki, əsərin birinci cildi də təkrar çap edilərək oxuculara tam Ģəkildə təqdim edilsin. Aydın məsələdir ki, birinci cilddə elə bir köklü dəyiĢiklər olmasa da, bir sıra məsələlərə yenidən - bu günün tələbi baxımından yanaĢmaq lazım gəlmiĢdir. Aydın və oxunaqlı dildə yazılmıĢ və zəngin illüstrativ materiallarla təchiz edilən birinci cilddə xalqımızın çoxəsrlik tarixi, təsərrüfat məiĢəti, maddi mədəniyyətilə məĢğul olan tədqiqatçıların, ali məktəb tələbələrinin və geniĢ oxucu kütləsinin arzu və istəyi nəzərə alınmıĢdır. Heç Ģübhəsiz, belə əhatəli Ģəkildə ilk dəfə qələmə alınan birinci cilddə bəzi 9 iradlar, kəm-kəsirlər və çatıĢmayan cəhətlər də vardır. Onlar çöl etnoqrafik materialların azlığından, bir sıra mühüm sahələrin az araĢdırılması və ya heç araĢdırılmamasından, eləcə də müqayisəli materialların kasadlığından irəli gəlir. Ümidvarıq ki, tələbkar oxucular əsərlə tanıĢ olduqdan sonra öz arzu, tələb və təkliflərini bildirəcək. Yeri gəlmiĢkən son dərəcə mühüm bir məsələnin gündəmə gətirilməsini vacib sayır, özümüzə borc bilirik. O da vaxtilə ―Azərbaycan etnoqrafiyası‖nın birinci cildinin redaksiya heyətinin artıq dünyalarını dəyiĢmələri ilə əlaqədardır. Biz bu cəhəti nəzərə alaraq akademik Ə.Sumbatzadə, akademik Ġ.Əliyev, müxbir üzvlər M.Ġsmayılov, A.Abbasov və tarix elmləri namizədi ġ.Quliyevin çəkdikləri əvəzsiz əməyi yüksək qiymətləndirir, onlara Tanrıdan rəhmət diləyir, ruhunuz Ģad olsun deyirik. Cildin müzakirəsilə əlaqədar öz mülahizə və təkliflərini verən alimlərə, informasiya-məlumat çatdıranlara dərin minnətdarlığımızı bildiririk. Əsərin nəĢrə hazırlanmasında T.Kərimovun, T.Quluzadənin, N.Vahabovanın, T.Qasımovanın yaxından köməyini, illüstrativ materialların çəkilməsi və tərtibində rəssamlardan S.Hüseynovanın, B.Muradovanın və F.Cavadovanın əməyini xüsusi qeyd etmək istərdik. Teymur Bünyadov akademik 10 11 COĞRAFĠ ġƏRAĠT Azərbaycanlılar dünyanın ən qədim və mədəni xalqlarından biridir. Onların tarixi vətəni Qafqazda və Ön Asiyada yerləĢən Azərbaycandır. Azərbaycan Qafqazın cənub-Ģərq və cənubunda və Ġran yaylasının Ģimal-qərbində yerləĢən ölkədir. Azərbaycanın tarixi ərazisinin Ģimal sərhədləri BaĢ Qafqaz dağ silsiləsinin cənub yamacları boyu, qərb sərhədləri Böyük Qafqaz sıra dağlarından baĢlayaraq Suram dağ silsiləsi, Kiçik Qafqaz dağlarının qərb yamacları və Qotur dağ silsiləsi boyu cənuba doğru uzanır. Onun cənub hüdudlarını Zaqros dağları təĢkil edir. Azərbaycan Ģərqdə Xəzər dənizi ilə və Ġranın Qəzvin, Zəncan və Həmədan mahalları ilə hüdudlanır. Azərbaycanın tarixi torpaqlarının ümumi sahəsi 250 min kv.km-dən artıq olmuĢ- dur. Müasir dövrdə bu tarixi ərazinin bir hissəsini əhatə edən Azərbaycan Respub- likasının sahəsi 86,6 min kv.km, Ġran Ġslam Respublikasının tərkibində olan Cənubi Azərbaycanın sahəsi isə 135 min kv.km-dir. Azərbaycan Cümhuriyyətinin sahəsi 114 min kv.km olmuĢdur. 1918-1921-ci illərdə Azərbaycan özünün 29 min kv.km-dan çox torpağını itirmiĢdir. 1918-ci ildə Azərbaycan toфaqlarının bir hissəsində Ermənistan dövləti yaradılmıĢ, 1921-ci ildə Zəngəzur və Göyçə bölgələri Ermənistana, Borçalı bölgəsi Gürcüstana, Dərbənd bölgəsi Rusiyaya verilmiĢdir. Hazırda Azərbaycan Respublikasının əhalisi 8,6 mln. nəfər, Cənubi Azərbaycanın əhalisi isə 26 mln. nəfərdir. Azərbaycanlılar Azərbaycan Respublikasının və Cənubi Azərbaycanın əsas əhalisini təĢkil etməklə yanaĢı toplu kütlə Ģəklində Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanda və diaspora halında dünyanın 20-dən çox dövlətinin ərazisində yaĢayırlar. Azərbaycan ərazisində azərbaycanlılardan baĢqa azsaylı xalqlardan talıĢlar, tatlar, kürdlər, aysorlar, ləzgilər, saxurlar, avarlar, laklar, udilər, ingiloylar, haputlar, buduqlar, qırızlar, ceklər, xınalıqlılar və azlıq təĢkil edən millətlərin nümayəndələri də yaĢayırlar. Azərbaycan ərazisi dağlıq və düzənlik relyefə malikdir. Onun ən hündür zirvəsi dəniz səviyyəsindən 4821 m yüksəklikdə yerləĢən Savalan dağı, ən çökək hissəsi isə Lənkəran Ģəhəri yaxınlığında dəniz səviyyəsindən 28 m aĢağı olan Lənkəran düzənliyidir [1]. Azərbaycanın ən böyük düzənliyi olan Kür-Araz ovalığı Azərbaycan Respublikasının ərazisindədir. Azərbaycanın digər ovalıq və düzənlik relyefli əraziləri - Ceyrançöl, Gəncə-Qazax, Arazyanı, ġərur, Samur-Dəvəçi düzləri və Lənkəran ovalığı da Azərbaycan Respublikası ərazisindədir. Cənubi Azərbaycan isə geoloji quruluĢu müxtəlif olan, əsas etibarilə dağlıq relyefə malik ölkədir. Azərbaycanın ən böyük çayları Kür və Arazdır. Kür Qafqazda ən böyük çaydır. Onun uzunluğu 1515 km-dir, ondan 900 km-i Azərbaycan ərazisindən axır. Kür çayı öz mənbəyini Türkiyə torpağından, dəniz səviyyəsindən 2741 m yüksəklikdə yerləĢən Çaldıran suayırıcından götürür. Ölkənin ikinci böyük çayı olan Arazın uzunluğu 1072 km-dir. O, da öz baĢlanğıcını Türkiyə ərazisindəki 2600 m yüksəklikdə yerləĢən Bingöl dağlarından götürür. 12