ebook img

On the use of modern technological equipment and resources in teaching social disciplines PDF

2019·36.9 MB·English
Save to my drive
Quick download
Download
Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.

Preview On the use of modern technological equipment and resources in teaching social disciplines

AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №4 İNNOVASİYALAR İctimai fənlərin tədrisində müasir texnoloji avadanlıqlar və resurslardan istifadə Müəllif Nərminə Məmmədova Pedaqogika üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantı. E-mail: [email protected] https://orcid.org/0000-0002-9767-8621 Annotasiya Bu araşdırmada məqsəd ümumtəhsil məktəblərində ictimai fənlərin tədrisində müasir texnoloji avadanlıqlar və resurslardan istifadə vəziyyətini təhlil etmək və müvafiq təkliflər verməkdir. Araşdırmada məlumattoplama vasitəsi kimi anket sorğusundan istifadə olunmuşdur. Tədqiqatın əsasını 2015-ci ildə ölkənin müxtəlif bölgələrini əhatə edən şəhər və rayon məktəblərində müasir tədris avadanlıqları və resurslar- dan istifadə ilə bağlı aparılmış anket sorğusu təşkil edir. Tipik dövlət məktəbləri və «Elekton məktəb» pilot layihəsinin həyata keçirildiyi məktəblərdən tədqiqata 53 müəllim cəlb edilmişdir. Alınan nəticələr ictimai fənn müəllimlərinin tədris prosesində müasir tədris avadanlıq- ları və resursların istifadə edilməsi ilə bağlı bir sıra problemlərlə qarşılaşdıqlarını ortaya çıxarmışdır. Açar sözlər Ümumtəhsil, ictimai fənlər, müasir texnologiya, texnoloji avadanlıqlar, tədris resursları, anket sorğusu, araşdırma. http://dx.doi.org/10.29228/edu.73 Məqaləyə istinad: Məmmədova N. (2019) İctimai fənlərin tədrisində müasir texnoloji avadanlıqlar və resurslardan istifadə.«Azərbaycan məktəbi». № 4 (689), səh. 119–132 Məqalə tarixçəsi:Göndərilib — 17.09.2019; Qəbul edilib — 21.10.2019 http://journal.edu.az 119 Azerbaijan Journal of Educational Studies. 2019. №4 On the use of modern technological equipment and resources in teaching social disciplines Author Narmina Mammadova PhD in Pedagogical Sciences, The Institute of Education of the Republic of Azerbaijan. E-mail: [email protected] https://orcid.org/0000-0002-9767-8621 Abstract The purpose of this study is to reveal the state of use of modern technological equipment and resources in teaching public disciplines in secondary schools and to make appropriate recommendations. The survey used survey questionnaires as a means of collecting information. The main line of the survey is a survey of the use of modern teaching equipment and resources in 2015 in urban and regional schools covering different regions of the country. 53 teachers were involved in the study from typical public schools and schools in which the «Electronic School» pilot project was implemented. The results revealed that public subject teachers faced a number of problems with the use of modern teaching equipment and resources in the teaching process. Keywords General education, social sciences, modern technology, technological equipment, educational resources, survey question, research. http://dx.doi.org/10.29228/edu.73 To cite this article:Mammadova N. (2019) On the use of modern technological equipment and resources in teaching social disciplines.Azerbaijan Journal of Educational Studies. Vol. 689, Issue IV, pp. 119–132 Article history:Received — 17.09.2019; Accepted — 21.10.2019 120 http://journal.edu.az Nərminə Məmmədova İctimai fənlərin tədrisində müasir texnoloji avadanlıqlar və resurslardan istifadə Giriş XXI əsr mütəxəssislər tərəfindən kompüter texnologiyalarının cəmiyyətin bütün sahələrində geniş yayıldığı və istifadə edildiyi bir dövr kimi səciyyələndirilir. Mütəxəssislərə görə, gələcəyə istiqamətli olan bu günün problemlərinin, dünənin üsulları ilə həll edilə bilməməsi həqiqətdir. «Əgər təhsil mühitlərimizi (siniflərimizi) mətbəxlərimiz qədər texnoloji avadanlıqlarla təchiz edə bilsəydik, təhsildəki problemləri böyük ölçüdə azalda bilərdik» deyərkən, müasir texnologiyaların öyrənmə mühitlərində istifadə edilməsinin zəruri olduğu ifadə edilməyə çalışılmışdır [Alkan C. 2011]. Hazırda təhsilin ən əhəmiyyətli məqsədi məlumata çatma yollarını bilən, texnoloji avadanlıqların doğru istifadəsini öyrənən fərdlər yetişdirmək üçün bilavasitə təhsilin məzmununu, təhsil sisteminin infrastrukturunu yenidən qurmaq zərurəti yaranmışdır. Bu baxımdan təhsilin bütün pillələrində təhsila- lanların təfəkkürü və şəxsiyyətinin inkişafına yönəlmiş, onların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodologiyasından və müasir informasiya texnologiyalarından (İKT-dən) faydalana biləcək bütün imkanları təhsil prosesinə daxil etmək, onların imkanlarından təlim-tərbiyə fəaliyyətlərində, tədris prosesində ən üst səviyyədə faydalanmaq günün tələbidir [Chadwick, C. 2002; Андресен Бент Б. 2007; Alpar D., Gülşah B., Yusuf A. 2007]. Təcrübələr göstərir ki, müasir tədris avadanlıqları və resursları yalnız sistemli, elmi və ardıcıl şəkildə tətbiq edildikdə təhsilin ayrılmaz hissəsinə çevrilə bilər. Təhsil sistemində müasir tədris avadanlıqları və resurslardan istifadə dedikdə, ilk növbədə sinif otaqlarının fərdi kompüter, planşet, mediaproyektor, skaner, printer, «Ağıllı lövhə»lər və digər oxşar texniki avadanlıqlarla təhcizatı nəzərdə tutulur. Bu gün ölkəmizdə təhsilin maddi-texniki təminatı, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə bağlı geniş tədbirlər həyata keçirilir, təhsilin modernləşdirilməsinə xidmət edən problemlərə xüsusi diqqət yetirilir. 2009-cu ildən respublikamızda reallaşmasına başlanan «Elektron məktəb» pilot layihəsi çərçivəsində təhsil müəssisələrində tətbiq olunan texnologiyalar Azərbaycanda müasir tədris avadanlıqlarına və resurslarına əsaslanan milli təhsil modelinin formalaşdırılmasına xidmət edir. Pilot layihəli «Elektron məktəb»lərdə infrastrukturun yaxşılaşdırılması və zəruri müasir tədris avadanlıqları (noutbuk, proyektor, ağıllı (smart) lövhə və s.), onların proqram təminatı ilə təchiz olunması, yüksək sürətli internet bağlantılarının təmin edilməsi, bu məktəblərdə çalışan kadrların (pedaqoji, inzibati, texniki və s.) İKT sahəsində bilik və bacarıqları daha yüksək səviyyədədir. Bu məsələ son dövrlərdə davamlı olaraq bir çox dövlət əhəmiyyətli sənədlərdə, o cümlədən «Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına http://journal.edu.az 121 AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №4 dair 2014-2020-ci illər üçün Milli Strategiya»da aydın ifadə olunmuşdur. Bu Milli Strategiya müvafiq sahəyə uyğun ehtiva olunan məsələlər bunlardır: gənc nəslin müasir texnologiyaların fəal istifadəçiləri, yaradıcıları kimi formalaşdırılması, müasir tədris avadanlıqları və resursların təhsil prosesinin bütün mərhələlərinə inteqrasiyası ilə informasiya cəmiyyətinin tələblərinə uyğun müasir təhsil sisteminin qurulması, rəqəmli təhsil informasiya ehtiyatlarının yaradılması, təhsil prosesini dəstəkləyən elektron tədris resurslarının inkişaf etdirilməsi və s. [Məmmədova N. 2018]. Dövlət və cəmiyyət həyatında əhəmiyyətli yer tutan ictimai fənlər, o cümlədən «Tarix» fənni təhsilalanlara sevdirilməli və effektli şəkildə öyrədilməlidir. Çünki bu şəkildə yetişən bir nəsil müstəqil düşünməyi, duyğu və şərh gücünü inkişaf etdirməyi, mədəni səviyyəsini genişlətməyi, özünə güvən qazanmağı, yaxşı şeylərdən nümunə və pis şeylərdən ibrət götürərək davranmağı öyrənir. Gələcək nəslə tarix təhsili ilə mədəniyyət mirası köçürülərək, milli mənlik qorunmuş, əxlaqi dəyərlər mənimsədilmiş və ictimai inkişaf təmin edilmiş olur [Tay B. 2011; İşman A. 2006; D’Angelo Jill M. & Woosley Sherry A. 2007; Məmmədova N. 2015]. İctimai fənlərin tədrisində, o cümlədən tarix dərslərində müasir texnoloji avadanlıqlardan istifadənin faydasını belə izah etmək olar: • Təhsilalanların müxtəlif mövzuları sürətlə mənimsəməsini mövzuya fokuslanmalarını, təhsildə davamlılığı təmin edir, müvəffəqiyyət nisbətini yüksəldir; • Tədris prosesində tarixi proses və hadisələri əzbərləmədən, mahiyyətini dərk edərək öyrənməni təmin edir; • Eyni tarixi mövzular haqqında müxtəlif qaynaqlardan fərqli məlumatlar əldə etməklə, təhsilalanlarda tənqidi düşünmə, problem həlletmə və yaradıcılıq bacarıqlarının inkişafını təmin edir; •Keçmiş zamanı ehtiva edən hadisələr konkret şəkildə təhsilalanlara təqdim edilərək, mücərrəd zaman konkretləşdirilə bilir; • Xəritə və yerlər üç ölçülü olaraq göstərilərək, təhsilalanlarda məkan məfhumunun meydana gəlməsini asanlaşdıra bilir; •Qaynaqları birinci əldən rahat əldə etmək və sinif mühitində istifadə etmək olur; • Fərdi öyrənməni dəstəkləyərək, fərdi ehtiyacları (fərdi xüsusiyyətləri, bacarıqları, səviyyə fərqlərini) təmin edə bilir; • «Virtual gəzinti»lər ilə tarixi yerləri və muzeyləri sinif mühitində ziyarət etmək olur [Lloyd Jan M., Dean Laura A. & Coper Diane L. 2009; Turan R. ve Ulusoy K. 2011; Sert G., Kurtoğlu M. ve dig. 2012; Məmmədova N. 2019]. İctimai fənlər üzrə mövzuların tədrisində müasir avadanlıqların tətbiqinə istiqamətlənmiş araşdırmada təhlil modelindən istifadə edilmişdir. 122 http://journal.edu.az Nərminə Məmmədova İctimai fənlərin tədrisində müasir texnoloji avadanlıqlar və resurslardan istifadə Diaqram 1.Fənn müəllimlərinin şəxsi göstəriciləri Pedaqoji eksperiment Azərbaycan Respublikasının Bakı, Gəncə, Lənkəran şəhərlərinin, Oğuz, Qəbələ və Quba rayonlarının məktəblərində (tipik dövlət məktəbləri, həmçinin «Elektron məktəb» pilot layihəsinin həyata keçirildiyi məktəblər) aparılmışdır. Müəllimlərin şəxsi göstəriciləri Bu eksperimentdə müvafiq məktəblərin təsadüfi yolla seçilmiş 53 ictimai fənn müəllimi (7-9-cu siniflərdə dərs deyən) iştirak etmişdir. İlk növbədə anket sorğusunda iştirak edən ictimai fənn müəllimlərinin şəxsi göstəriciləri təhlil edilmiş, onların cinsi fərqlilikləri nəzərə alınmaqla, alınan nəticə diaqram 1-də verilmişdir. Daha sonra fənn müəllimləri ilə anket sorğusu keçirilmişdir. Tətbiq olunan sorğu SPSS-na, Likert miqyasına görə hesablanmışdır. Burada məktəblərin 7- 9-cu siniflərində dərs deyən ictimai fənn müəllimləri tərəfindən təlim zamanı müasir texnoloji avadanlıqlar və resurslardan necə istifadə edilməsi ilə əlaqədar müəllimlərin fikirləri əks olunmuşdur. İctimai fənn müəllimlərinin müasir tədris avadanlıqları və resurslarından istifadə etmə səviyyəsini qarşıya çıxan problemləri müəyyən etmək məqsədi ilə apardığımız araşdırmada bu suallara cavab axtarılmışdır: 1. Müəllimlərin öz mühazirə qeydlərini internetdə yayımlamaqla təhsilalanların dərsə hazırlığını təmin etməsi nə səviyyədədir? 2. Təhsilverənlərin tədris prosesi üçün zəruri hesab edilən resursları kompüterə köçürərək istifadə etmə bacarıqları məqbul hesab oluna bilərmi? 3. Tədris prosesində planşet, kompüter, «Ağıllı lövhə» və proyektorlardan istifadə edərək təhsilalanlarda xəritələr və digər elektron resurslar əsasında http://journal.edu.az 123 AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №4 Cədvəl 1. İctimai fənn müəllimlərinin məktəblərin tipləri üzrə ayrı-ayrı cavab göstəricilərinin birinci sualla bağlı müqayisəli təhlili «Mühazirə qeydlərini internetdə yayımlamaqla təhsilalanların dərsə hazırlıqlı olmasını təmin edirəm» Məktəbin növü N Müntəzəm Həftədə 2-3 Ayda 1 dəfə Nadir halda hər gün dəfə n n % n % n % n % Tipik dövlət məktəbləri 34 2 5.9 6 17.6 11 32.4 15 44.1 «Elektron məktəb»lər 19 8 42.1 11 57.9 0 0 0 0 Cəmi 53 10 19 17 32.0 11 20.8 15 28.3 qeydlər aparmağın təmini ilə bağlı problemlər müşahidə olunurmu? 4. İctimai fənn müəllimlərinin internetdən müvafiq resurslar tapmaqla təhsilalanlara dövrün, cəmiyyətlərin siyasi, iqtisadi, mədəni xüsusiyyətləri barədə məlumat verməsi və nəticə çıxarmağın sistemli şəkildə təmin edilməsi qaneedi- cidirmi? Müxtəlif məktəb tiplərində (tipik dövlət məktəbləri və «Elektron məktəb»lər) ictimai fənn müəllimlərinin bu suallara cavabının təhlili cədvəl 1-4 və diaqram 2-5-də verilmişdir. Cədvəl 1-dən göründüyü kimi cavab göstəriciləri müxtəlifdir. Müəllimlərin cavablarına görə, hər iki məktəb tipində ayrı-ayrılıqda göstəricilər belədir: tipik dövlət məktəblərində müəllimlərin 5,9 faizi müntəzəm olaraq hər gün; 17,6 faizi həftədə 2-3 dəfə; 32,4 faizi ayda 1 dəfə, 44,1 faizi nadir halda mühazirə qeydlərini internetdə yayımlamaqla təhsilalanların dərsə hazırlıqlı olmasını təmin edir. «Elektron məktəb»lərdə isə cavab göstəriciləri belədir: müntəzəm olaraq hər gün 42,1 faiz; həftədə 2-3 dəfə 57,9 faiz. Hər iki məktəb tipində mühazirə qeydlərini internetdə yayımlamaqla təhsilalanların dərsə hazırlıqlı olmasını təmin edilməsi ilə bağlı ümumi cavab göstəricilərinin paylanması diaqram 2-də verilmişdir. Cədvəl 2-yə əsasən, hər iki məktəb tipində göstəricilər ayrı-ayrılıqda belədir: tipik dövlət məktəblərində-müəllimlərin 20,6 faizi müntəzəm olaraq hər gün; 14,7 faizi həftədə 2-3 dəfə; 35,3 faizi ayda 1 dəfə, 29,4 faizi nadir halda, «Elektron 124 http://journal.edu.az Nərminə Məmmədova İctimai fənlərin tədrisində müasir texnoloji avadanlıqlar və resurslardan istifadə Diaqram 2.Tipik dövlət məktəbləri və «Elektron məktəb»lər üzrə ümumi göstərici Cədvəl 2.Tədris prosesi üçün zəruri hesab edilən resursların kompüterə köçürülərək istifadə edilməsi ilə bağlı məktəblərin tipləri üzrə ayrı-ayrılıqda müəllimlərin cavab göstəricilərinin müqayisəli təhlili «Tədris prosesi üçün zəruri hesab etdiyim resursları kompüterə köçürərək istifadə edirəm» Məktəbin növü N Müntəzəm Həftədə 2-3 Ayda 1 dəfə Nadir halda hər gün dəfə n n % n % n % n % Tipik dövlət məktəbləri 34 7 20.6 5 14.7 12 35.3 10 29.4 «Elektron məktəb»lər 19 12 63.1 7 36.8 0 0 0 0 Cəmi 53 19 35.8 12 22.6 12 22.6 10 18.9 http://journal.edu.az 125 AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №4 Diaqram 3.Tipik dövlət məktəbləri və «Elektron məktəb»lər üzrə ümumi göstərici məktəb»lərdə isə müəllimlərin 63,1 faizi müntəzəm olaraq hər gün; 36,8 faizi həftədə 2-3 dəfə dərs üçün zəruri hesab edilən resursları kompüterə köçürərək istifadə edir. Tədris prosesi üçün zəruri hesab edilən resursların kompüterə köçürülərək istifadə edilməsi ilə bağlı hər iki məktəb tipi üzrə müəllimlərin cavab göstəricilərinin ümumi paylanması diaqram 3-də verilmişdir. Cədvəl 3-ə əsasən, tipik dövlət məktəblərində müəllimlərin 3,0 faizi müntəzəm olaraq hər gün; 23,5 faizi həftədə 2-3 dəfə; 32,4 faizi ayda 1 dəfə, 41,2 faizi nadir halda, «Elektron məktəb»lərdə isə 47,4 faizi müntəzəm olaraq hər gün; 42,1 faizi həftədə 2-3 dəfə, 10,5 faizi ayda 1 dəfə planşet-kompüterlərin köməyi ilə təhsilalanların xəritələr və digər resurslar əsasında qeydlər aparmasını təmin edir. Təhlilə əsaslanıb demək olar ki, tipik dövlət məktəblərində bu sahədə hələ də müəyyən problemlər mövcuddur. Təhsilalanların planşet-kompüterlərdən istifadə edərək xəritələr və digər resurslar əsasında qeydlər aparmasının təmin olunması ilə bağlı müəllimlərin cavab göstəricilərinin ümumi paylanması diaqram 4-də verilmişdir. İnternetdən müvafiq resurslar tapmaqla təhsilalanlara dövrün, cəmiyyətlərin siyasi, iqtisadi, mədəni xüsusiyyətləri barədə məlumat verilməsi və nəticə 126 http://journal.edu.az Nərminə Məmmədova İctimai fənlərin tədrisində müasir texnoloji avadanlıqlar və resurslardan istifadə Cədvəl 3.Tədris prosesində planşet-kompüterlərdən istifadə vasitəsilə təhsilalanların xəritələr və digər resurslar əsasında qeydlər aparmasının təmin edilməsi ilə bağlı müəllimlərin cavab göstəriciləri «Tədris prosesində planşet-kompüterlərdən istifadə edərək təhsilalanları xəritələr və digər resurslar əsasında qeydlər aparmağı təmin edirəm» Məktəbin növü N Müntəzəm Həftədə 2-3 Ayda 1 dəfə Nadir halda hər gün dəfə n n % n % n % n % Tipik dövlət məktəbləri 34 1 3.0 8 23.5 11 32.4 14 41.2 «Elektron məktəb»lər 19 9 47.4 8 42.1 2 10.5 0 0 Cəmi 53 10 19.0 16 30.1 13 24.5 14 26.4 Diaqram 4.Tipik dövlət məktəbləri və «Elektron məktəb»lər üzrə ümumi göstərici http://journal.edu.az 127 AZƏRBAYCAN MƏKTƏBİ. 2019. №4 çıxarılmasının təmin edilməsi ilə bağlı müəllimlərin cavab göstəriciləri cədvəl 4-də verilmişdir. Bu cədvəldəki cavabların müqayisəli təhlili «Elektron məktəb»lərdə istifadə səviyyəsinin daha yüksək olduğunu göstərir. «Elektron məktəb»lərdə müəllimlərin 57,9 faizi müntəzəm olaraq hər gün, 42,1 faizi həftədə 2-3 dəfə internetdən müvafiq resurslar tapmaqla təhsilalanlara dövrün, cəmiyyətlərin siyasi, iqtisadi, mədəni xüsusiyyətləri barədə məlumat verilməsi və nəticə çıxarılmasının təmin edilməsi ilə bağlı müsbət fikir bildirmişlər. Göründüyü kimi, «Elektron məktəb»lərlə müqayisədə tipik dövlət məktəblərində istifadə səviyyəsi digər cavab göstəriciləri kimi aşağıdır. Bunun səbəbi tipik dövlət məktəblərində internet bağlantısının qənaətbəxş olmamasıdır. İnternetdən müvafiq resurslar tapmaqla təhsilalanlara dövrün, cəmiyyətlərin siyasi, iqtisadi, mədəni xüsusiyyətləri barədə məlumat verilməsi və nəticə çıxarılmasının təmin edilməsi ilə bağlı hər iki məktəb tipi üzrə ümumi göstəriciləri diaqram 5-də verilmişdir. Təhlilə görə, texnoloji infrastruktur qeyri-kafi olan tipik dövlət məktəblərində «Tarix» fənnin tədrisində kompüter texnologiyalı avadanlıqlar və elektron resurslardan effektli istifadə edilmir. Çünki tipik dövlət məktəblərində texnoloji infrastruktur kafi olmadığı üçün, kompüter və planşet kimi texnoloji avadanlıqlar bir çox halda sinif mühitində olmur. Məhz bu baxımdan, tipik dövlət məktəblərin müəllimləri kompüter texnologiyalı avadanlıqlar və elektron resursları tədrisin məzmunu ilə birləşdirə bilmirlər.«Elektron məktəb»lərdə isə bunun əksini görürük. Bunun əsas səbəblərindən biri «Elektron məktəb»lərin şagirdlərinin kompüter texnologiyasından həm evdə, həm də məktəbdə daha çox istifadə edə bilmələridir. Bu tipdən olan təhsil müəssisələrinin müəllimləri tədris prosesini məktəb xaricində də davam etdirmək üçün texnoloji avadanlıqlarla bağlı tapşırıqlar vermə məsələsində daha rahat davranır, bununla da, texnoloji avadanlıqlarla təhsilin davamlılığını təmin edirlər. Təhlildən alınan nəticələrə görə, hazırda «Elektron məktəb» layihəsi çərçivəsində «Ağıllı lövhə» və proyektordan istifadəyə daha çox diqqət yetirilir. Ölkəmiz üçün məhz təhsil sahəsi İKT-nin tətbiq istiqamətləri içərisində ən yüksək prioritetə malik istiqamət hesab edilir. Onu da qeyd edək ki, hazırda Təhsil Nazirliyi müasir kompüter texnologiyaları ilə əlaqəli olaraq: internet istifadə-web dizaynı, Pow- er-point istifadə və excel, ağıllı (smart) löhhə istifadə və digər oxşar məsələlərdə xidmətdaxili təlim kurslarını mütəmadi həyata keçirir. Tədqiqat aparılan tipik dövlət məktəblərində isə müasir tədris avadanlıqları və resurslarının tətbiqinin hazırkı səviyyəsi qənaətbəxş hesab edilə bilməz. Bunu ölkə miqyasında dövlət məktəblərində infrastrukturun müasir dövrün tələblərinə cavab verməməsi, informasiya və kommunikasiya texnologiyalarının 128 http://journal.edu.az

See more

The list of books you might like

Most books are stored in the elastic cloud where traffic is expensive. For this reason, we have a limit on daily download.